Praet: Dayanıqlı monetar şərait lazımdır

28 Mart 2019

Avropa mərkəzi bankının banklara dəstək olmaq məqsədilə araşdırdığı pilləli əmanət faiz proqramı investorların diqqət mərkəzindədir.

Praet: Dayanıqlı monetar şərait lazımdır

Avropa mərkəzi bankına (AMB) mənfi faizlərin yan təsirlərini azaltmaq üçün dayanıqlı pul-kredit şəraiti lazımdır ki, pilləli əmanət faizləri tətbiq edə bilsin. Bu haqda AMB-nin idarə heyəti üzvü Peter Praet cümə axşamı danışıb. 


AMB sədri Mario Draqinin çərşənbə günü verdiyi məlumatlara əsasən, kommersiya banklarının artan xərclərini azaltmaq üçün imkanlar axtarır. Bununla da banklara yumşaq monetar siyasət şəraitində ayaqda qalmağa kömək edilir. 


Bununla yanaşı, iqtisadçı iqtisadiyyatda və kredit kanallarında problemlərin olmadığını, lakin iqtisadiyyatın zəifləməsi şəraitində problemlərin yarana biləcəyini əlavə edib.