Qaz qiymətlərində korreksiya dərinləşə bilər

13 Mart 2019

Beynəlxalq enerji birjalarında qazın fyuçerslərində müşahidə edilən ucuzlaşmanın dərinləşə biləcəyi proqnozları treyderlərin diqqət mərkəzindədir.

Qaz qiymətlərində korreksiya dərinləşə bilər

Təbii qazın qiymətində bu gün ucuzlaşma başlayıb və maliyyə bazarlarında keçən həftənin ortalarından etibarən başlayan ucuzlaşmanın dərinləşə biləcəyi proqnozları artıb. 


Təhlillərə əsasən, hal-hazırda 2.767$-a ticarət edilən qazın fyuçersələri, 2.743$-ı aşağı istiqamətdə qırarsa, 2.710 və 2.648$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, foreks bazarlarında dolların qiymətləri də treyderlərin diqqət mərkəzindədir. 


Qeyd etmək lazımdır ki, dünyada qaza olan tələbin artması xəbərlərinin açıqlanması, dünya enerji birjalarında qaz qiymətlərinin fevral ayının ortalarından etibarən bahalaşmasına səbəb olmuşdur.