Qaza olan tələb sürətlə artır

25 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında qazan olan tələbin xüsusilə Çində sürətlə artması, treyderlərin diqqət mərkəzindədir və qazın bahalaşmasına təsir edir.

Qaza olan tələb sürətlə artır

"Shell" enerji şirkətinin  bazar ertəsi açıqladığı hesabatına əsasən, mayeləşdirilmiş təbii qaz (ing.: "LNG") bazarı xüsusilə Asiya bazarında sürətlə inkişaf edir. Tələbin artması cari dinamikada davam edərsə, 2020-ci ilin oratalarında artıq təchizatda sıxlıq yarana bilər. 


Çinin hava çirklənməsinin qarşısını almaq üçün "LNG" idxalını 2018-ci ildə 16 milyon ton artırıb. Bu illik 40% artım demekdir və şirkət tələbin daha da artacağımı proqnozlaşdırır. 


Beləliklə, Çin qlobal tələbin 319 milyon tona kimi 27% artmasına səbəb olub və 2020-ci ilə kimi bu göstəricinin 384 milyon tona çata biləcəyi ehtimal edilir. Cari ildə isə artımın Asiya və Avropa bazarları ilə birlikdə 35 milyon ton ola biləcəyi proqnozlaşdırılır. 


Təklif edən tərəfdə isə Avstraliya bazarda lider olan Qətərə çatıb. Bu iki önəmli ixracatçılar tələbin təmin olunması üçün hazırdırlar.