Qazda aşağı qiymətlərdən alış imkanları gündəmdə

21 Fevral 2019

Dünya valyuta birjalarında dolların ucuzlaşması, əmtəə birjalarında təbii qazın qiymətlərində də bahalaşmaya səbəb olur və ən yaxın hədəf 2.7$-dır.

Qazda aşağı qiymətlərdən alış imkanları gündəmdə

Beynəlxalq əmtəə birjalarında qazın qiymətində bahalaşma dalğası bu gün Avropa sessiyasında güclənərək, cari həftənin maksimum səviyyəsini yeniləyib. Maliyyə bazarlarında təbii qaz fyuçerslərinin 3%-ə kimi də dəyər qazana biləcəyi proqnozları beləliklə, güclü olaraq qalır. 


Təhlillərə əsasən, qazın qiyməti keçən həftənin dəstək səviyyəsi (2.622$) üzərində qaldıqca, 2.734$-a kimi də dəyər qazana bilər. Sonuncu səviyyənin üzərində möhkəmlənən qiymətlər, artım dalğasını əlavə olaraq 2.812$-a kimi də sürətləndirə bilər. 


Qeyd etmək lazımdır ki, qazın qiymətlərində qlobal olaraq son aylar ucuzlaşma müşahidə edilsə də dinamikanın zəifləməsi özü ilə bərabər bahalaşma proqnozlarını da gücləndirir. 


Bununla yanaşı, Amerika Mərkəzi Bankının (FED) cari il üzrə ehtiyatlı mövqeyi və əslində, bir siyasi planının olmaması, dolların dünya birjalarında ucuzlaşmasını sürətləndirə bilər. Bu da öz növbəsində əmtəə birjalarında fyuçerslərin qiymətlərində artımı yenidən gücləndirəcəkdir.