Qazda bahalaşma 2.7$-a kimi davam edə bilər

19 Fevral 2019

Avropadan "Nord Stream 2" ilə bağlı gələn xəbərlərdən sonra qazın qiyməti 6%-ə kimi ucuzlaşsa da bahalaşma proqnozları yenidən artıb.

Qazda bahalaşma 2.7$-a kimi davam edə bilər

Enerji bazarlarında təbii qazın qiyməti "Nord Stream 2" qaydalarının Avropa Birliyində razılaşdırılması xəbərindən sonra çərşənbə günündən etibarən 5.7% ucuzlaşaraq, 2.534$ ilə son bir ilin minimum səviyyəsini yeniləmişdi. Bundan sonra qiymətlər yenidən bahalaşıb. 


Rusiyadan Almaniyaya illik 55 milyard kubikmetr təbii qazın idxalını nəzərdə tutan "Gazprom" layihəsinin reallaşması, enerji bazarlarında təklifin artmasına işarədir. 


Dünya valyuta birjalarında dolların ucuzlaşması fonunda bahalaşan qazın qiyməti, 2.655$-da müqavimətlə rastlaşmaqdadır. 


Təhlillərə əsasən, təbii qazın qiyməti müqavimət səviyyəsi (2.655$) üzərində möhkəmlənərsə, keçən həftənin müqavimət səviyyəsinə (2.734$) kimi də dəyər qazana bilər. 


Bununla yanaşı, qazın qiymətində ucuzlaşma zəifləyən dinamika ilə müşayiət edilir və bu da bahalaşma proqnozlarını günbəgün gücləndirir. 


Qeyd etmək lazımdır ki, son günlər dünya iqtisadiyyatına dair müsbət xəbərlərin yayılması, əmtəə birjalarında da qiymətlərin bahalaşmasına müsbət təsir edir. Bu baxımından bugündən ABŞ ilə Çin arasında Vaşinqtonda başlayan görüş fonunda verilən bəyanatlar da investorların diqqət mərkəzindədir. 


Bununla yanaşı, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, misin qiymətinə də müsbət təsir edir.