Qazda korreksiya dərinləşə bilər

04 Mart 2019

Foreks bazarlarında dolların bahalaşması, əmtəə birjalarında qazında ucuzlaşmasına təsir edir və 2.722$-a kimi ucuzlaşa bilər.

Qazda korreksiya dərinləşə bilər

Beynəlxalq əmtəə birjalarında qazın qiymətində bahalaşma dinamikasının zəiflədiyi müşahidə edilir. 


Son zamanlar Asiya bazarlarında, xüsusilə də Çində qaza olan tələbin artması xəbərlərindən sonra dəyər qazanmağa başlayan qazın qiyməti, son günlər dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, özünü əmtəə birjalarında aktivlərin də ucuzlaşmasına təsir edir. 


Təhlillərə əsasən, qazın qiyməti 2.862$-ın altında qaldıqca, 2.772 və 2.722$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, dolların foreks bazarlarındaki qiymətlərini də diqqət mərkəzində saxlamaq lazımdır.