Qazda növbəti artım dalğası proqnozları

14 Fevral 2019

Avropadan "Nord Stream 2" ilə bağlı gələn xəbərlərdən sonra qazın qiyməti 5%-dən çox ucuzlaşsa da yenidən dəstək görməkdədir.

Qazda növbəti artım dalğası proqnozları

Enerji bazarlarında təbii qazın qiyməti "Nord Stream 2" qaydalarının Avropa Birliyində razılaşdırılması xəbərindən sonra çərşənbə günü 2.549$-a kimi 5%-dən çox ucuzlaşsa da Amerika sessiyasında 2.549$-da dəstək görərək bahalaşmağa başlayıb. 


Rusiyadan Almaniyaya illik 55 milyard kubikmetr təbii qazın idxalını nəzərdə tutan "Gazprom" layihəsinin reallaşması, enerji bazarlarında təklifin artmasına işarədir. 


Bununla yanaşı, son günlər dünya iqtisadiyyatına dair müsbət xəbərlərin yayılması da digər tərəfdən əmtəə birjalarında da qiymətlərin bahalaşmasına müsbət təsir edir. Bu baxımından bugündən başlayan ABŞ ilə Çin arasında iki günlük görüş fonunda veriləcək bəyanatlar da investorların diqqət mərkəzindədir. 


Dünya bazarlarında qazın qiyməti noyabr ayından keçən həftəyə kimi 2.540$-a kimi 48% dəyər itirdikdən sonra sözügedən səviyyədən bahalaşmağa başlamış və bu gün üzərində təklif edilməkdədir. 


Beləliklə, qazın qiyməti 2.540$-ın üzərində qaldıqca, artım dalğasını bərpa edə bilər. Bu istiqamətdə 2.668 və 2.734$ səviyyələrinin qırılması önəmli olacaqdır. 


Təhlillərə əsasən, bundan sonra qazın qiyməti 2.817$-a kimi dəyər qazana bilər.