Qazda ucuzlaşma 2.433$-a kimi davam edə bilər

15 Fevral 2019

Beynəlxalq enerji bazarlarında Avropadan "Nord Stream 2" ilə bağlı gələn xəbərlərdən sonra qazın qiyməti 6%-ə kimi ucuzlaşıb.

Qazda ucuzlaşma 2.433$-a kimi davam edə bilər

Enerji bazarlarında təbii qazın qiyməti "Nord Stream 2" qaydalarının Avropa Birliyində razılaşdırılması xəbərindən sonra çərşənbə günündən etibarən 5.7% ucuzlaşıb. 


Rusiyadan Almaniyaya illik 55 milyard kubikmetr təbii qazın idxalını nəzərdə tutan "Gazprom" layihəsinin reallaşması, enerji bazarlarında təklifin artmasına işarədir. 


Bununla yanaşı, son günlər dünya iqtisadiyyatına dair müsbət xəbərlərin yayılması da digər tərəfdən əmtəə birjalarında da qiymətlərin bahalaşmasına müsbət təsir edə bilər. Bu baxımından bugündən başlayan ABŞ ilə Çin arasında iki günlük görüş fonunda veriləcək bəyanatlar da investorların diqqət mərkəzindədir və əmtəə birjalarında qiymətlərdə ucuzlaşma müşahidə edilsə də dinamika xeyli zəifləyib. 


Təhlillərə əsasən, təbii qazın qiyməti cari həftənin müqavimət səviyyəsi (2.734$) altında qaldıqca, 2.461 və 2.433$-a kimi də ucuzlaşa bilər.