Qazın qiymətində bahalaşma başladı

02 Aprel 2019

Dünya enerji birjalarında 2.648$-ın üzərində təklif edilən qazın qiyməti üzrə bahalaşma proqnozları investorların diqqət mərkəzində.

Qazın qiymətində bahalaşma başladı

Dünya enerji birjalarında təbii qazın qiymətində son iki həftə ərzində müşahidə edilən korreksiya 2.648$-da dəstək görməyə başlayıb. 


Amerika və Çin iqtisadiyyatlarına dair açıqlanan müsbət önəmli fundamental məlumatlar, dünya bazarlarında qaza olan tələbin arta biləcəyi ehtimallarını da artırıb. 


Təhlillərə əsasən, enerji birjalarında 2.693$-a ticarət edilən qazın qiyməti, 2.723$-ı yuxarı istiqamətdə qırarsa, 2.796$-a kimi dəyər qazana bilər. 


Bununla yanaşı, dolların qiymətləri də diqqət mərkəzində saxlanılmalıdır və bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq önəmli fundamental məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilməkdədir.