Qazın qiymətində ucuzlaşma

13 Fevral 2019

Beynəlxalq enerji bazarlarında Avropadan "Nord Stream 2" ilə bağlı gələn xəbərlərdən sonra qazın qiyməti 5%-dən çox ucuzlaşıb.

Qazın qiymətində ucuzlaşma

Enerji bazarlarında təbii qazın qiyməti "Nord Stream 2" qaydalarının Avropa Birliyində razılaşdırılması xəbərindən sonra çərşənbə günü 2.549$-a kimi 5%-dən çox ucuzlaşıb.


Rusiyadan Almaniyaya illik 55 milyard kubikmetr təbii qazın idxalını nəzərdə tutan "Gazprom" layihəsinin reallaşması, enerji bazarlarında təklifin artmasına işarədir. 


Dünya bazarlarında qazın qiyməti noyabr ayından keçən həftə kimi 2.540$-a kimi 48% dəyər itirdikdən sonra sözügedən səviyyədən bahalaşaraq, üzərində təklif edilməkdədir. 


Lakin təhlillərə əsasən, qazın qiyməti 2.540$-dan da aşağı düşərək, altında qalarsa, 2.431 və 2.329$-a kimi də ucuzlaşa bilər.