Qazın qiymətində yeni maksimumlar

20 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, əmtəə birjalarında təbii qazın qiymətlərində də bahalaşmaya səbəb olur və ən yaxın hədəf 2.7$-dır.

Qazın qiymətində yeni maksimumlar

Beynəlxalq əmtəə birjalarında qazın qiymətində bahalaşma dalğası çərşənbə axşamı Amerika sessiyasında davam edərək, cari həftənin maksimum səviyyəsini yeniləyib. Maliyyə bazarlarında təbii qaz fyuçerslərinin 3%-ə kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, qazın qiyməti keçən həftənin dəstək səviyyəsi (2.534$) üzərində qaldıqca, 2.724$-a kimi də dəyər qazana bilər. Sonuncu səviyyənin üzərində möhkəmlənən qiymətlər, artım dalğasını əlavə olaraq 2.812$-a kimi də sürətləndirə bilər. 


Qeyd etmək lazımdır ki, qazın qiymətlərində qlobal olaraq son aylar ucuzlaşma müşahidə edilsə də dinamikanın zəifləməsi özü ilə bərabər bahalaşma proqnozlarını da gücləndirir.