Qenq: Rüsumların artırılması təsir etməyəcək

07 May 2019

Son iki gündür qlobal ticarətdə riskləri artıran hadisəyə Çin tərəfi də açıqlamasını verib.

Qenq: Rüsumların artırılması təsir etməyəcək

Çinin xarici işlər nazirinin sözçüsü Qenq Şuanq ölkəsinin ABŞ-ın gömrük rüsumlarını daha çox artıracağından xəbərdar olduğunu bildirib. 


ABŞ ilə Çinin şübhələri dağıtmaq üçün daha çox işləyəcəklərinə ümid edən Qenq, müzakirələr zamanı fikir ayrılıqlarının normal olduğunu bildirib. 


ABŞ-ın Çinin mövqeyinə dair dəqiq məlumatlı olduğunu vurğulayan nazir, iki tərəfin orta nöqtədə razılaşacaqlarına da ümid etdiyini əlavə edib. 


Qenq Şuanq rüsumların artırılması ilə heçnəyin əldə olunmayacağını da deyib.