Qiymətli metal satış təzyiqləri altında

26 Sentyabr 2019

Donald Tramp Nyu Yorkda jurnalistlərlə danışarkən, Çinlə razılaşmanın "düşündüyünüzdən daha tez bağlanacağını" söylədi.

Qiymətli metal satış təzyiqləri altında

Dekabr ayı üçün qızıl fyuçersləri son 4 ticarət sessiyasında ilk dəfə ticarət gərginliyinin azalması və etibarlı aktivlərə olan tələbin azalması fonunda ucuzlaşdı. ABŞ prezidenti Donald Tramp Nyu Yorkda jurnalistlərlə danışarkən, Çinlə razılaşmanın "düşündüyünüzdən daha tez bağlanacağını" söylədi. Nəticədə əksər sənaye metalları artım göstərdi, qızıl və gümüş isə satış təzyiqləri altında qaldı.

Dollara əlavə dəstək isə ABŞ-da yeni ev satışları statistikası ilə bağlı açıqlanan xəbər oldu. Avqust ayında 713 min ev satıldı, analitiklər 660 min olacağını proqnozlaşdırsalar da, bu da həm dollara, həm də sənaye metallarına olan tələbi biraz da artırdı.

 

 

Qızıl qiymətləri bu təzyiq altında 1500 dollar səviyyəsinə qədər eniş etdi. Hal-hazırda 1511.72 dollara yaxın ticarət olunan dəyərli metal qiymətləri, bu hədəfin altında qaldıqca, yenidən keçən ticarət sessiyasının minimum qiymətləri olan 1500 dollar səviyyəsinə qədər eniş edə bilər.

Eniş istiqamətində növbəti hədəflər 1500-1493 dollardır.