Qiymətli metallara maraq artır

06 Fevral 2019

Əlvan metallar bazarlarında qızıl qiymətlərinin bahalaşması özü ilə bərabər digər qiymətli metalların da bahalaşmasına təsir edə bilər.

Qiymətli metallara maraq artır

Dünya maliyyə bazarlarının iştirakçıları son günlərdə valyutaların zəif inkişaf tempi və artan geosiyası risklər fonunda yenidən qızıla böyük maraq göstərməyə başlayıblar.


Cari ildə Amerika Mərkəzi Bankının (FED) faiz artımına getməyəcəyi halda qızıl qiymətinin 1400 dollar səviyyəsinə qədər bahalaşacağı ehtimal edilir. 


Gözləntilərin özünü doğruldacağı təqdirdə, əlvan metallar bazarlarında platin və palladiumun da il ərzində artım trendində ola biləcəyi proqnozlaşdırılır.