Qızıl 1358$-a kimi bahalaşa bilər

17 İyun 2019

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1340 dollara ticarət edilir.

Qızıl 1358$-a kimi bahalaşa bilər

Keçən həftə sonu qiymətlər son 3 ilin maksimum səviyyələrindən olan 1358 psixoloji hədəfini gördükdən sonra yenidən 1335 hədəfinə qədər eniş etdi.


Buna səbəb spekulyantların əməliyyatlarının fiksasiyası hesab edilir.


Geosiyasi risklərin artdığını və investorların ayın 19-da keçiriləcək FED-in dolların uçot faizi ilə bağlı açıqlanacaq, il sonuna qədər faiz endirimi ilə bağlı verilə biləcək siqnalların olacağını nəzərə alaraq demək olar ki,qızılın qiymətləri 1325 hədəfinin üzərində qaldıqca yenidən keçən həftənin maksimumları olan 1358 hədəfini test edə bilər.