Qızıl 1283.6$-a kimi də ucuzlaşa bilər

28 Mart 2019

Dünya əlvan metallar bazarlarında qızılın qiymətində müşahidə edilən 1.4%-lik ucuzlaşma "Ayıların" diqqət mərkəzində.

Qızıl 1283.6$-a kimi də ucuzlaşa bilər

Qızılın qiymətində ucuzlaşmanın sürətlənməsi maliyyə bazarlarında növbəti dəstək səviyyələrinin qırılması proqnozlarını da gücləndirir.


Foreks bazarlarında dollara olan tələbin artması və bahalaşması, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olur. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1292.70$-ı aşağı istiqamətdə qıraraq altında qalarsa, 1283.60$-a kimi də dəyər itirə bilər.