Qızıl çərşənbə axşamı bahalaşdı

05 Avqust 2015

Qızıl çərşənbə axşamı bahalaşdı

Qızıl üzrə qiymətlər çərşənbə axşamı artdı, lakin ticarətin sonuna yaxın faiz dərəcələrinin artımına işarə edərək, Federal Ehtiyyat Sisteminin rəsmisinin şərhindən sonra artan ABŞ Dolları tərəfindən təzyiq ilə qarşılaşdılar.

 

Atlant Federal Ehtiyyat Bankının rəhbəri Dennis Lokhart qeyd etdi ki, 10 ilə yaxın həddindən artıq aşağı səviyyələrdə qalan faiz dərəcələrinin artımının əlehinə səs verməyə razı salmaq üçün iqtisadi mənzərinin əhəmiyyətli dərəcədə pisləşməsi lazımdır.

 

Lokhart, “The Wall Street Journal”-a bazar ertəsi faiz dərəcələrinin  16-17 sentyabr tarixindəki iclasda artırılacağının gözlədiyini deyən Snet-Lyuis Federal Ehtiyyat Bankının rəhbəri Ceyms Bullardan sonra faiz dərəcələrinin sentyabr ayında artımını təsdiq edən ikinci rəhbərdir.

 

COMEX-də ticarətin nəticələrinə görə dekabr çatdırılması üçün qızıl bazar ertəsi $ 1089.40 səviyyəsində bağlanandan sonra bir unsiya üzrə $ 1090.70 qədər 0.1 % artdı.

 

Faiz dərəcələrinin artımı, çox güman ki, qızıl kimi Dollar məhsullarının alıcılarına təzyiq göstərəcək. Daha yüksək faiz dərəcələri Dollar depozitlərinin geri qaytarılmasını artırır, bu da onu valyuta treyderləri üçün daha cəlbedici edir.

 

Dollar Indeksi Lokhartın şərhlərindən sonra 97.39-dam 97.88-ə qədər artdı. Lakin güclü Dollar digər valyutalarla ticarət edən alıcılar üçün qızılın cəlbediciliyini azalda bilər.

 

Sentyabr çatdırılması üçün gümüş bir unsiya üzrə $ 14.56 qədər 4 sent və ya 0.3 % artdı.

 

Oktyabr çatdırılması ilə platin isə bazar ertəsi $ 967.10 səviyyəsində bağlanışdan sonra $ 958.50 səviyyəsinə qədər $ 8.60 və ya 1 % artdı.

 

Sentyabr çatdırılması üçün palladium isə bazar ertəsi $ 603.20 səviyyəsində bağlanandan sonra $ 598.60 səviyyəsinə qədər $ 4.60 və ya 1 % azaldı.