Qızıl: İndikatorlar bahalaşma ehtimallarını gücləndirir

15 Fevral 2019

Əlvan metallar bazarlarında qızılın qiymətləri üzrə təhlillər, artım dalğasının yanvar ayının maksimumuna kimi güclənə biləcəyinə işarədir.

Qızıl: İndikatorlar bahalaşma ehtimallarını gücləndirir

Qızılın (XAU/USD) qiymətinə MT4 platformasının H1 zaman intervalında nəzər yetirdikdə, qiymətlərin fevral ayının 4-dən başlayaraq 1302-1315 qiymətləri arasında dalğalandığının şahidi oluruq.


Qiymətlərin H4 zaman intervalında hələ də MA(100) indiqatorunun üzərində olması artıma siqnal verir.


Beləliklə, qiymətlər 1315 səviyyəsini qırarsa, artım yenidən bu ilin yanvar ayının maksimum səviyyəsi olan 1326 səviyyəsinə qədər davam edə bilər.


Əks halda, qiymətlərin yenidən 1302 səviyyəsinə kimi enişinin şahidi ola bilərik.