Qızıl investorların diqqət mərkəzində

27 Sentyabr 2019

Qızılın qiyməti 1500 həddinin altında qaldıqca, qiymətin 1480 həddinədək korreksiya edəcəyi proqnoz olunur.

Qızıl investorların diqqət mərkəzində

Həftə içi beynəlxalq əmtəə bazarlarında qızılın qiyməti investorların diqqət mərkəzində oldu, iki gün ərzində qızılın qiymətində kəskin enişlər müşahidə etdik, enişin səbəbi isə ABŞ ilə Çin ölkələrinin ticarət münasibətləri fonunda, hər iki ölkə arasında danışıqların bərpa olunması idi, dollara olan tələbin artması, qızılın ucuzlaşmasına səbəb oldu. 

Qızılın qiyməti hal-hazırda beynəlxalq əmtəə bazarlarında 1500 həddinin altında ticarət olunmaqdadır və qiymət bu səviyyənin altında qaldıqca, qiymətin 1480 həddinədək korreksiya edəcəyi proqnoz olunur.