Qızıl keçən həftənin maksimumlarına kimi bahalaşa bilər

18 İyun 2019

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1344 dollara ticarət edilir.

Qızıl keçən həftənin maksimumlarına kimi bahalaşa bilər

Dünənki bazar sesiyasında 1332-lərə kimi eniş edən qızıl qiymətləri gözlənildiyi kimi yenidən artıma başladı.


1332 dolların üzərində möhkəmlənən qızıl qiymətləri keçən həftənin maksimum hədəfi olan 1358 dollara kimi bahalaşa bilər.