Qızıl qiymətlərində artım tendensiyası

24 Sentyabr 2019

"Brexit", yaxın şərqdəki siyasi gərginlik və mərkəzi bankların faiz azaldılması prosesləri qızıla olan tələbi artırır.

Qızıl qiymətlərində artım tendensiyası

Beynəlxalq qiymətli metallar bazarında yenidən bir canlanma yaşanır. Ümumiyyətlə son günlərdə həm "Brexit", həm də yaxın şərqdəki siyasi gərginlik bazarlarda qeyri-müəyyənlik yaradır. Təcrübə göstərir ki, bu kimi qeyri-müəyyənliklər bazarlarda qızıl qiymətlərinin bahalaşması üçün əlverişli zəmin yaradır. 

Ötən günlərdə əsas bir neçə mərkəzi bankların da faiz dərəcələrini azaltdığını nəzərə alsaq, qızıl qiymətlərində artım tendensiyasının davam etmə ehtimalları yüksək dəyərləndirilir. 

Hazırda 1 unsiya qızıl 1520 dollar olaraq təklif edilsə də, önümüzdəki günlərdə qızıl qiymətlərinin son 6 il üçün yeni maksimum (1 unsiya qızıl 1560$ +) yaradacağını ehtimal etmək olar.