Qızıl qiymətlərində bahalaşma

29 Noyabr 2018

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində ucuzlaşma, əlvan metallar bazarlarında da qızıla olan tələbin artmasına səbəb olub.

Qızıl qiymətlərində bahalaşma

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerika Mərkəzi Bank sədrinin açıqlamalarından sonra sürətlə ucuzlaşmağa başlayıb.


Nəticədə EUR/USD məzənnəsi 1.14$-a kimi bahalaşıb və bahalaşma 1.15$-a kimi də davam edə bilər. Türkiyə maliyyə bazarlarında USD/TRY məzənnəsi 5.21TL-yə kimi ucuzlaşıb və bu səviyyənin altında qalarsa, 5.18TL-yə kimi də ucuzlaşa bilər.


Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1225$-a kimi dəyər qazanıb və 1227$-ı da yuxarı istiqamətdə qırarsa, 1236$-a kimi dəyər qazana bilər.