Qızıl qiymətlərində dinamika

26 Sentyabr 2019

Əksər analitiklər qızılda ucuzlaşmanı korrektiv eniş olaraq dəyərləndirir və yenidən artıma davam edəcəyi ehtimal edilir.

Qızıl qiymətlərində dinamika

Dünən qiymətli metallar bazarında qızıl təqribən 2,3% ucuzlaşmışdı. Əsas səbəb olaraq dollar indeksinin kəskin bahalaşması göstərilir. Bununla yanaşı, Nyu Yorkda davam edən BMT-nin 74-cü sammitində dünya liderlərinin səsləndirdiyi fikirlər valyutalarda ticarət həcmlərinin artımına səbəb olub. Nəticədə qızılın ucuzlaşması bir qədər də sürətlənib. Bu gün isə qızıl qiymətlərində yenidən 1%-ə yaxın bahalaşma qeydə alınıb. Əksər analitiklər dünənki ucuzlaşmanı korrektiv eniş olaraq dəyərləndirir və qızıl qiymətlərinin qlobal fonda yenidən artıma davam edəcəyini ehtimal edirlər.