Qızıl qiymətlərində tufandan qabaq sabitlik

24 Oktyabr 2019

Son 1 həftə qızılın qiyməti sanki xəbərləri və gözləntiləri izləməklə dondorulmuş kimi görünür.Lakin bu sabitlik gec tez başa çatmalıdır.

Qızıl qiymətlərində tufandan qabaq sabitlik

Son həftələrdə qızılın qiyməti ziddiyyətli amillərlə təzyiqə məruz qaldı: bir tərəfdən, ABŞ və Çin arasında qarşıdan gələn razılaşma barədə müsbət xəbərlər iqtisadi riski azaldır və qızılın qiymətinə təzyiq göstərir.Digər tərəfdən FED-in səssizcə pul emissiyası (ölkədə pul dövriyyəsini artırmaq) programını işə salmaqnan dolların zəifləməsi qiymətli metalın qiymətini dəstəkləyir.

Böyük dəyişikliklər oktyabr ayının sonunda baş verə bilər, burada üç mühüm hadisə bir anda birləşir: 

1. Brexit (və ya onun  təxirə salınması) 

2. Fed iclası (Fed tərəfdən faiz dərəcəsini 25% azaldılması ehtimalı investorlar tərəfindən daha çox inandırıcı gəlir)

3. ABŞ və Çin arasında “müvəqqəti” ticarət sazişinin imzalana bilməsi ehtimallarıdır.

Bu səbəbdən  ayın axırında qızılda çox böyük volatillik müşahidə oluna bilər.

Hal-hazırda  qızılın bir unsiya üçün təklif edilən qiymət 1491.60 dollar.

Sırf texniki analizə nəzər yetirsək  qiymətlər 1496.84 dolların üzərində möhkəmlənə bilərsə,o zaman növbəti görə biləcəyi hədəflər 1503.50 və  1509.83 dollardı.

Əks halda, qiymət 1487 dollar həddini aşağı istiqamətdə qırsa,o zaman növbəti görə biləcəyi hədəflər 1482.81 və 1478.26 dollar ola bilər.