Qızıl qiymətlərində ucuzlaşma

30 Aprel 2018

Əlvan metallar bazarlarında qızıl qiymətlərində ucuzlaşma, bu həftə daha da sürətlənib. Qızılın bir unsiya üzrə qiyməti 1302$-a kimi də ucuzlaşa bilər.

Qızıl qiymətlərində ucuzlaşma

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti ucuzlaşaraq, aprel ayının minimum səviyyələrini yeniləməkdədir. Maliyyə bazarlarında qiymətin 1326$-ın altında qaldıqca, 1302$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılırdı. Hal-hazırda qiymət keçən həftənin minimum səviyyəsi hesab edilən 1315$-ı aşağı istiqamətdə qırıb. 


Keçən həftə ərzində dünya birjalarında avro və funt kimi aparıcı valyutaların qiymətlərində müşahidə edilən ucuzlaşma, dollara olan tələbin artmasına təsir etmişdir. Bu özünü əlvan metallar bazarlarında da göstərməkdədir. Belə ki, dolların bahalaşması, qızıl qiymətlərinin də ucuzlaşmasına təsir edir. 


Qeyd etmək lazımdır ki, son aylar Avrozona, İngiltərə və Yaponiya kimi aparıcı dövlətlərin iqtisadiyyatlarında hökm sürən durğunluğa, sözügedən ölkələrin mərkəzi banklarının da rəsmi mövqeyi valyutaların ucuzlaşmasına təsir etmişdir. Mərkəzi Banklar gələcək gözləntilərində ciddi dəyişikliklər ediblər və bu, iqtisadi risklərin artmasına işarədir.