Qızıl son bir ayın minimumunu qıra bilmədi

09 Oktyabr 2018

Dünyada siyasi və iqtisadi risklərin artması, qızıla olan tələbin daha da artmasına səbəb ola bilər. Sözügedən risklər diqqət mərkəzində saxlanılmalıdır.

Qızıl son bir ayın minimumunu qıra bilmədi

Avro təzyiq altında qalmaqda. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi Avropada siyasi və iqtisadi risklər fonunda təzyiq altında qalmaqda davam edir və 1.15$-ın altında ticarət edilməkdədir.


Qeyd etmək lazımdır ki, Avropa Birliyi ilə İtaliya arasında miqrant və büdcə siyasəti və İngiltərə ilə Breksit fonunda müsbət irəliləyişlər əldə edilməyib. Bununla yanaşı, Almaniyanın sənaye və daşınmaz əmlak sektorları ilə bağlı mənfi açıqlamalar da avronun son bir ayın minimum səviyyəsində ticarət olunmasına səbəb olur.


Bu gün isə Bakı vaxtı ilə saat 10:00-da yayımlanacaq Almaniyanın xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.


BRENT neftində növbəti bahalaşma. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti bazar ertəsi 83$-a kimi ucuzlaşdıqdan sonra yenidən 84$-a kimi bahalaşıb və üzərində qaldıqca, 87$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.


Qızıl son bir ayın minimumunu qıra bilmədi. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti 1183$-a kimi ucuzlaşsa da son bir ayın minimum səviyyəsini qıra bilməyib yenidən 1192$-a kimi dəyər qazanıb və 1190$-ın üzərində qaldıqca, 1198$-a kimi də bahalaşa bilər. Dünyada siyasi və iqtisadi risklərin artması, qızıla olan tələbi yenidən artıra bilər.