Qızıl: Ucuzlaşma 1314$-ın qırılması ilə sürətlənə bilər

26 Mart 2019

Əlvan metallar bazarlarında önəmli müqavimət səviyyəsi ətrafında investorların ehtiyatlı və gözləmə mövqeyi qızılın ucuzlaşmasına səbəb olur.

Qızıl: Ucuzlaşma 1314$-ın qırılması ilə sürətlənə bilər

Qızılın qiymətində ticarət aktivliyi zəifləməyə başlayıb. Əlvan metallar bazarlarında qızılın mart ayının əvvəlindən etibarən bahalaşmasının önəmli səviyyələrinə (1321$) çatması, alış əməliyyatlarının azalmasına səbəb olur.


Beləliklə, cari vəziyyətdə növbəti artım dalğasının güclənməsi üçün bir unsiya üzrə qiymətin rastlaşdığı müqavimət səviyyəsinin yenidən qırılması lazımdır. Əks təqdirdə, cari ucuzlaşma dərinləşə bilər. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1314$-ı aşağı istiqamətdə qırarsa, 1309.62 və 1303.00$-a kimi ucuzlaşa bilər. 


Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30 və 18:00-da ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır. Bunlara müvafiq olaraq yayımlanacaq tikinti sektoru və istehlak dövriyyəsində aktivliyi ölçən indekslərdir.