Qızıl ucuzlaşmağa davam edir

11 Sentyabr 2019

Dünya maliyyə bazarlarında son günlər gözlənilən önəmli makroiqtisadi göstəricilər fonunda qızıl qiymətlərində ucuzlaşma davam edir.

Qızıl ucuzlaşmağa davam edir

Önümüzdəki günlərdə AMB, TCMB və FED faiz qərarları gözləntisi fonunda investorların qızıldakı əməliyyatlarının bir qismini fiksasiya etməsi nəticəsində bazarda ciddi qızıl təklifi yaranıb. Nəticədə qızıl ucuzlaşmaqdadır. Bu tendensiya davam edərsə qızıl qiymətləri 1475 dollar unsiya həddinə qədər ucuzlaşma ehtimalı davam edə bilər.