Qızıl üzrə ucuzlaşma proqnozları

27 Fevral 2020

Foreks bazarlarında dolların bahalaşa biləcəyi ehtimalları yaranmaqla yanaşı, əlvan metallar birjalarında qızıl da təzyiq altında qalmaqdadır.

Qızıl üzrə ucuzlaşma proqnozları

Foreks bazarlarında dollar bahalaşa bilər. Qızıl da təzyiq altında

Beynəlxalq birjalarında ümumilikdə son günlərlə müqayisədə qarışıq mənzərə yaransa da maliyyə alətləri üzrə qiymətlərin texniki səbəbləri ayrı-ayrılıqda aydın görünməkdədir. 

Belə ki, son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərində baş verən ucuzlaşma ilə bərabər, qızılın qiymətində də ucuzlaşma müşahidə edilirdi. Hazırda isə dolların qiymətində bahalaşma ehtimalları artsa da qızılda ucuzlaşmanın davam edəcəyi proqnozları gündəmdə qalmaqdadır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq, Amerikanın iqtisadi inkişafına dair önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.