Qızıl və neft qiymətləri diqqət mərkəzində

04 İyul 2019

Beynəlxalq valyuta birjalarında avro və funtun təzyiq altında qaldığı bir vaxtda qızıl və neftə olan tələbin arta biləcəyi proqnozlaşdırılır.

Qızıl və neft qiymətləri diqqət mərkəzində

EUR/USD və GBP/USD məzənnələri təzyiq altında qalmaqda davam edir. 


Buna səbəb dünyada siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə dollara tələbin artmasıdır. Valyuta birjalarında bu gün Amerikada müstəqillik günü bayramı ilə əlaqədar və sabah açıqlanacaq önəmli statistik göstəricilər öncəsi ticarət aktivliyinin zəif olacağı gözlənilir. 


Lakin əlvan metallar bazarlarında qızılın yeni maksimumlar yarada biləcəyi ehtimalları artıb. Cari həftə ərzində bir unsiya üzrə qiymət 4% bahalaşdıqdan sonra yenidən 1438$-ı qıra biləcəyi və 1470$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Enerji birjalarında da neft qiymətlərində bahalaşma müşahidə edilir. Təhlillərə əsasən, Brent neftinin bir barel üzrə qiyməti bugünkü sessiyalarda 64$-ın üzərində təklif edilərsə, 67$-a kimi də dəyər qazana bilər.