04.07.2019 Qızıl və neft qiymətləri diqqət mərkəzində

04.07.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

04.07.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avro və Funt təzyiq altında. 

Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri təzyiq altında qalmaqda davam edir. 

Buna səbəb dünyada siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə dollara tələbin artmasıdır. Valyuta birjalarında bu gün Amerikada müstəqillik günü bayramı ilə əlaqədar və sabah açıqlanacaq önəmli statistik göstəricilər öncəsi ticarət aktivliyinin zəif olacağı gözlənilir. 


Qızıl və neft qiymətlərində bahalaşma proqnozları artdı. 

Lakin əlvan metallar bazarlarında qızılın yeni maksimumlar yarada biləcəyi ehtimalları artıb. Cari həftə ərzində bir unsiya üzrə qiymət 4% bahalaşdıqdan sonra yenidən 1438$-ı qıra biləcəyi və 1470$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. 

Enerji birjalarında da neft qiymətlərində bahalaşma müşahidə edilir. Təhlillərə əsasən, Brent neftinin bir barel üzrə qiyməti bugünkü sessiyalarda 64$-ın üzərində təklif edilərsə, 67$-a kimi də dəyər qazana bilər.