Qızıl və Neftdə aktivlik artıb

20 Noyabr 2019

Foreks bazarlarında risk iştahısı azaldığı bir vaxtda, qızıla olan tələbin artacağı proqnozlaşdırılır, neft fyuçerslərində "Ayılar" aktivliyi artırıb.

Qızıl və Neftdə aktivlik artıb

Beynəlxalq valyuta birjalarında ABŞ-Çin gələcək ticarət münasibətləri, Breksit və Avropada siyasi və iqtisadi risklərin fonunda narahatlıqların artması ilə ticarət aktivliyinin azaldığı bir vaxtda əlvan metallar bazarlarında qızıla olan tələb artmaqdadır. 


Qızıla olan tələbin ikinci artım dalğası. 

Belə ki, qızılın bir unsiya üzrə qiyməti son bir həftə ərzində ikinci bahalaşma dalğasındadır. Təhlillərə əsasən, qiymət 1475$-ı qırarsa, 1485$-a kimi də dəyər qazana bilər. 


Neftdə müvəqqəti ucuzlaşma. 

Enerji birjalarında isə neft fyuçerslərində satışlar artıb və 61$-a kimi ucuzlaşan Brent nefti 59$-a kimi də ucuzlaşa bilər. 

Lakin qeyd etmək lazımdır ki, neftdə ucuzlaşma müvəqqəti qiymətləndirilir.