Qızıl yenidən $1300 altında

14 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit risklərinin azalması, qızılın da yenidən ucuzlaşmasına səbəb olub və 1290$-a kimi ucuzlaşa bilər.

Qızıl yenidən $1300 altında

Britaniya parlamentində razılaşdırılmış Breksit səs verməsinin qəbul edilməməsi və razılaşdırılmamış Breksitin səsverməyə qoyulması İngiltərə və Avrozona üzrə yatırım risklərinin artmasına səbəb olmuşdu. Nəticədə isə qızılın dəyəri $1310 -a kimi bahalaşmışdı.


Lakin dünən razılaşdırılmamış Breksitin də parlamentdə qəbul edilməməsi sazişsiz Brexit ehtimallarını ortadan qaldırdı və risklərin azalması ilə qızılın da qiymətində ucuzlaşma müşahidə edildi. Hal-hazırda yenidən $1300 altında ticarət edilən qızılın qiyməti $1300 üzərinə qalxa bilmərsə ucuzlaşma $1290 həddinə kimi davam edə bilər.