Qızıl yenidən 1350$-a kimi bahalaşa bilər

22 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında qızıl qiymətlərində ucuzlaşma korrektiv qiymətləndirilir və yenidən 1350$-a kimi bahalaşa biləcəyi proqnozları yayılıb.

Qızıl yenidən 1350$-a kimi bahalaşa bilər

Dünya maliyyə bazarlarında həftənin əvvəlindən qızılın qiymətinin bahalaşmasına baxmayaraq, həftə sonuna doğru ABŞ ilə Çin arasında iqtisadi görüş gözləntisi ilə eniş etməyə başladı. 


Analitiklər bu enişi korreksiya olaraq dəyərləndirir. Növbəti ticarət həftəsində qızılda yeni impulsiv artım fonunda qiymət 1350 dollar səviyyəsini yenidən görə bilər.