Qızıla olan maraq birdən-birə yüksəldi

03 Oktyabr 2018

Amerika Mərkəzi Bank sədri Jerom Povelin iqtisadiyyatda mövcud olan risklər haqqında danışması, foreks bazarlarında dollara mənfi təsir edib.

Qızıla olan maraq birdən-birə yüksəldi

FED-in açıqlamaları bazarları qarışdırdı. 

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bank sədrinin çıxışından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri 0.5%-ə kimi ucuzlaşıb. Sədr Amerikada əmək haqlarının artmalı olduğu bir şəraitdə bunun baş verməməsinin yaratdığı risklərə diqqət çəkib.


Beləliklə, 1.15$-a kimi ucuzlaşan EUR/USD məzənnəsi yenidən 1.16$-a kimi bahalaşıb və bu səviyyənin üzərində möhkəmlənərsə, 1.17$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


İqtisadi risklər əlvan metallar bazarlarında qızıla olan tələbin sürətlə artmasına təsir edib. Artıq son iki aydır 1200$-ın üzərində möhkəmlənə bilməyən qızılın qiymətləri,  bir neçə saat ərzində 1200$-ın üzərində möhkəmlənib. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1208$-ı da yuxarı istiqamətdə qırarsa, 1212 və 1220$-a kimi dəyər qazana bilər.