Qızıla olan tələb yenidən arta bilər

15 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında avronun bahalaşması və qızıla olan tələbin yenidən artması proqnozları diqqət mərkəzində.

Qızıla olan tələb yenidən arta bilər

GBP/USD 1.33$ ətrafında dalğalanmaqda. 

Beynəlxalq valyuta birjalarında Böyük Britaniya parlamentində cümə axşamı keçirilən Breksit səsverməsindən sonra GBP/USD məzənnəsi 1.33$-da ətrafında dalğalanmaqda davam etməkdədir.


Avro 1.14$-a kimi bahalaşa bilər. 

EUR/USD məzənnəsi isə 1.13$-ın üzərində təklif edilir və 1.1342$-ı yuxarı istiqamətdə qırarsa, 1.1419$-a kimi də bahalaşa bilər.


Qızıla olan tələb də yenidən arta bilər. 

Əlvan metallar bazarlarında da qızılda 0.6%-lik bahalaşma müşahidə edilib və təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1304$-ı yuxarı istiqamətdə qırarsa, 1312 və 1321$-a kimi dəyər qazana bilər.