Qızıla olan tələb yüksək olaraq qalır

12 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində son günlər müşahidə edilən güclü bahalaşmaya baxmayaraq, qızılda ucuzlaşma məhdud olub.

Qızıla olan tələb yüksək olaraq qalır

Qızıl (XAUUSD) maliyyə alətinin qiymət qrafikinə H4 zaman intervalında nəzər yetirsək, qiymətlərin 1302 səviyyəsinin və MA(100) indiqatorunun üzərində möhkəmlənməsinin şahidi oluruq.


Qeyd edək ki, dollar indeksinin sürətli artması, qızıl qiymətlərinin enişinə ciddi təsir etmədi. Bu isə təhlükəsiz maliyyə alətlərinə olan tələbin yüksək olmasına işarədir.


Beləliklə, qiymətlər 1302 hədəfinin üzərində möhkəmləndikcə artıma daha meyillidir. Qiymətlər 1315 hədəfini qırarsa, növbəti hədəf 1325$ ola bilər.


Enişin davam etməsi üçün qiymətlər 1302 səviyyəsini aşağı doğru qırmalıdır.