Qızıla olan tələbdə güclü artım

12 Oktyabr 2018

Dünya birjalarında Amerika iqtisadiyyatı fonunda qeyri-müəyyənliyin artması, qızıl qiymətlərinin 1220$-a kimi bahalaşmasına səbəb olub.

Qızıla olan tələbdə güclü artım

Foreks: Dollar oktyabrın minimumlarında. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Amerikada inflyasiyanın azalması və Amerika Mərkəzi Bankının (FED) sərt monetar siyasətənin tənqid edilməsi, maliyyə bazarlarında dollar fonunda riskləri artırıb.


EUR/USD məzənnəsi artıq 1.16$, lirənin qiyməti isə 5.90TL-yə ticarət edilməkdədir.


İqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olub. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 4% dəyər qazanaraq, artıq 1220$-ın üzərində təklif edilməkdədir. Təhlillərə əsasən, qiymət yenidən 1226$-ı yuxarı istiqamətdə qırarsa, artım dalğası 1235$-a kimi də sürətlənə bilər.