Qızılda 1292$-a kimi növbəti ucuzlaşma dalğası

11 Fevral 2019

Qızılın bir unsiya üzrə qiymətində müşahidə edilən ucuzlaşmanın, mərhələli şəkildə 1292$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır.

Qızılda 1292$-a kimi növbəti ucuzlaşma dalğası

Əlvan metallar bazarlarında qızılın qiymətində gün ərzində müşahidə edilən ucuzlaşma, Avropa sessiyasında daha da dərinləşib. Qızılın bir unsiya üzrə qiymətin ucuzlaşaraq, cümə gününün dəstək səviyyəsini də qırması, bütövlükdə keçən həftənin dəstək səviyyəsini də qırması ehtimallarını artırıb. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti keçən həftənin müqavimət səviyyəsi  (1316.76$) altında qaldıqca, 1302.80, 1297.47 və 1292$-a kimi də dəyər itirə bilər.