Qızılda 1300$ hədəfi proqnozları

03 Aprel 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində ucuzlaşma dalğası, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olur.

Qızılda 1300$ hədəfi proqnozları

Qızılın qiymətində Avropa sessiyasında müşahidə edilən bahalaşma dalğası investorların diqqətini çəkib və əlvan metallar bazarlarında fyuçerslərin 1300$-a kimi bahalaşa biləcəyi proqnozlarını gücləndirib. 


Foreks bazarlarında Amerika sessiyasında dolların qiymətlərində başlayan eniş dalğası, özünü qızılın qiymətində də göstərməkdədir. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1293.60$-ı yuxarı istiqamətdə qırarsa, 1296.74 və 1299.50$-a kimi də dəyər qazana bilər.