Qızılda aktivlik arta bilər

27 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında qızılın qiymətində aktivlik zəifləsə də artmasına təsir edə biləcək önəmli səviyyələr 1325$ və 1335$-dır.

Qızılda aktivlik arta bilər

Son iki gün ərzində qızılın bir unsiya qiyməti 1325$-1335$ diapazonunda ticarət olunur. Qeyd olunan səviyyələrdən birinin qırıldığı halda, qızılın qiymətində yüksək aktivlik müşahidə oluna bilər.

 

Belə ki, qiymət 1325$ səviyyəsini aşağı qırarsa, 1314$ həddinədək ucuzlaşa bilər.

 

Qiymət yuxarı istiqamətdə 1335$ həddini qırarsa, qiymətin 1345$ həddinədək bahalaşması proqnoz olunur.