Qızılda artım meylləri davam edir

28 Avqust 2019

Son 6 ilin zirvəsinə çatan qiymətli metal

Qızılda artım meylləri davam edir

Qızıl, ABŞ və Çin arasındakı ticarət müharibələrinin kəskinləşməsi və kompromis gözləntilərinin getdikcə zəifləməsi ilə həftəyə sürətli yüksəlişlə başladı. Asiya sessiyasında 1.560 $ səviyyəsinə qalxaraq son 6 ilin zirvəsinə çatan qiymətli metal dünən və bu gün $ 1540 hədlərinin üzərində möhkəmlənməyə çalışaraq gücünü qoruyur.

Təhlükəsiz bir sığınacaq olan qızıla olan tələb, bu il danışıqlar ilə başlayan ABŞ və Çin arasında sanksiyaların yenidən tətbiqi və iqtisadiyyata təzyiqlərin artması ilə daha da yüksəldi.

Mərkəzi bankların qlobal risklər səbəbindən genişlənmə siyasətinə başlaması və geosiyasi risklər qızıl qiymətlərini dəstəkləyən digər faktorlar kimi çıxış edir.