Qızılda artım meylləri

07 May 2019

Beynəlxalq əlvan metallar bazarlarında qızılda müşahidə edilən bahalaşma investorların diqqət mərkəzində.

Qızılda artım meylləri

Son iki həftədir 1288-1271 qiymətləri aralığında üfüqi dalğalanma tendensiyasında olan qızılda qiymətlər 1288.52 dollar həddinin üzərində möhkəmlənərsə, 1294.61 həddini test edə bilər. Daha sonrakı müqavimət hədləri kimi isə 1301 və 1311.70 dollar hədləri çıxış edir. Enişlərin bərpa edilməsi üçün isə qiymətlərin 1271 həddini qırması lazımdır.Bundan sonra ehtimal edilən dəstəklər isə 1265.46, 1254 və 1232 hədləridir.