Qızılda artım trendi güclənə bilər

04 Oktyabr 2019

Əlvan metallar bazarlarında qızıl qiymətinin 1516$-da müqavimətlə rastlaşmasına baxmayaraq, tələbin yenidən arta biləcəyi ehtimal edilir.

Qızılda artım trendi güclənə bilər

Beynəlxalq əmtəə bazarlarında investorların əsas diqqət mərkəzində saxlanılan qızılın qiyməti son günlər ərzində dolların dünya birjalarında dəyər itirməsi fonunda dəyər qazandı. Lakin qiymət 1516$ həddini qırıb, üzərində qala bilmədi və bir gədər gerilədi. 

Qiymət yenidən qeyd olunan səviyyəni qırarsa, qiymətin 1535$ həddinə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Əlavə olaraq qeyd etmək lazımdır ki, ABŞ-da Demokratlar partiyası parlamentin aşağı palatasında ABŞ prezdenti Donald Trampa qarşı impiçmentə hazırlıq təklif ediblər. Bu prosses ABŞ-da siyasi gərginliyi artıra bilər ki, bu da qızılın qiymətinə tələbi artıra bilər.