Qızılda bahalaşma 1297$-a kimi davam edə bilər

08 Mart 2019

Beynəlxalq əlvan metallar bazarlarında qızıla olan tələb artaraq, qızılın bahalaşmasına səbəb olub və cari həftənin maksimumuna doğru bahalaşa bilər.

Qızılda bahalaşma 1297$-a kimi davam edə bilər

Əlvan metallar bazarlarında qızılın qiymətlərində bahalaşma güclənib. 


Cümə axşamı Avropa sessiyasında 1286$ ətrafında dalğalanan bir unsiya üzrə qiymət, Asiya sessiyasında bahalaşaraq, çərşənbə gününün müqavimət səviyyəsini qırıb. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiymətində bahalaşma, cari həftənin müqavimət səviyyəsinə - 1296.93$-a kimi davam edə bilər. 


Qeyd etmək lazımdır ki, Avropa mərkəzi bankının cümə axşamı açıqladığı yeni siyasətinə dair qərarı və Avrozona üzrə iqtisadi inkişaf proqnozlarını 1.1%-ə kimi 0.6% azaltması, qızıla olan tələbin artmasına səbəb olub.