Qızılda bahalaşma 1317$-a kimi davam edə bilər

08 Fevral 2019

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına səbəb olub və bahalaşmağa başlayıb.

Qızılda bahalaşma 1317$-a kimi davam edə bilər

Əlvan metallar bazarlarında qızılın qiyməti Avropa sessiyasında 1307.66$-da dəstək görərək, cümə axşamının müqavimət səviyyəsini qırıb. 


Cümə axşamı Avrozona iqtisadiyyatında iqtisadi inkişaf dinamikasının zəifləyə biləcəyinə dair AB komissiyasının hesabatı və Ağ ev tərəfindən ABŞ ilə Çin arasında hökm sürən ticarət böhranın həll ediləcəyi ümidlərini azaldan açıqlamaların verilməsi, cümə axşamı Amerika fond bazarları ilə yanaşı, dolların da ucuzlaşmasına səbəb olmuşdu.


Dünyada siyasi və iqtisadi risklərin artması və dolların ucuzlaşması, özü ilə bərabər "güvənli liman" maliyyə aləti kimi qızıla olan tələbin artmasına təsir edir. Bununla yanaşı, həftə sonuna doğru portfellərini siğortalamaq istəyən treyderlər də qızıla yatırımlarını artırırlar. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1313.10$-ın üzərində möhkəmlənərsə, 1316.76$-a kimi də dəyər qazana bilər.