Qızılda bahalaşma 1365$-a kimi davam edə bilər

20 Fevral 2019

Foreksdə dolların ucuzlaşması, əmtəə birjalarında qızıl qiymətləri ilə treyd edənlər üçün əlavə imkanlar yaradıb və 1365$-a kimi də bahalaşa bilər.

Qızılda bahalaşma 1365$-a kimi davam edə bilər

Əlvan metallar bazarlarında qızılın qiymətləri bahalaşmaqda davam edir. Foreks bazarlarında dolların ucuzlaşması, qızılın bir unsiya üzrə qiymətinin təkcə çərşənbə axşamı 1.4% dəyər qazanmasına səbəb olub.


ABŞ höküməti ətrafında siyasi risklərin son günlər yenidən gündəmə gəlməsi, Vaşinqtonda ABŞ ilə Çin arasında dünəndən etibarən başlayan növbəti görüşlər fonunda qeyri-müəyyənlik və keçən həftə Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin proqnozlaşdırılandan da çox zəif açıqlanması, dolların dünya birjalarında ucuzlaşmasına səbəb olmuşdur.


Bununla yanaşı, dünyada siyasi və iqtisadi risklərin artması, "güvənli liman" maliyyə aləti kimi qızıla olan tələbin də artmasına səbəb olur. 


Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1346.31$-ı yuxarı istiqamətdə qırarsa, 1355.57 və 1365.14$-a kimi bahalaşmasına səbəb ola bilər.