Qızılda bahalaşma 1551$-a kimi

08 Avqust 2019

Dünya birjalarında siyasi və iqtisadi risklərin artmasına dair xəbərlər investorların qızıla olan marağını artırır.

Qızılda bahalaşma 1551$-a kimi

Avropa mərkəzi bankının qərarı öncəsi avroda korreksiya. 

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının faiz qərarında günlər qalmış, avronun qiyməti cari həftənin maksimum və minimum səviyyələri aralığında ticarət edilməkdədir. Beləliklə, korreksiyanın 1.1137$-a kimi dərinləşə biləcəyi proqnozlaşdırılır. 


Qlobal risklərin artması və qızılın 1551$-a kimi bahalaşması. 

Dünyada siyasi və iqtisadi risklərin artması isə əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olur. Venesuelada, Hindistan və Pakistan, Şimali Koreya ilə Cənubi Koreya arasında və Avropada siyasi risklərin tez-tez gündəmə gəlməsi, qızılın bir unsiya üzrə qiymətinin 1551$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırmağa əsas verir. 


Lirədə bahalaşma 5.38 səviyyəsinə kimi davam edə bilər. 

Türk lirəsi də bahalaşmaqda davam edir. Türkiyə mərkəzi bankının stimullaşdırıcı tədbirləri, həm də Amerika ilə türk hökümətinin Suriyada hərbi əməliyyatlar mövzusunda razılaşmaları lirəyə olan etimadı artıra bilər. Beləliklə, USD/TRY məzənnəsi 5.38TL-yə kimi ucuzlaşa bilər.