Qızılda bahalaşma davam edir

25 Sentyabr 2019

Sonuncu qızıl qiymətlərində qlobal böhran risklərinin kifayət qədər nəzərə alınmaması qənaəti, bahalaşmanın davam edə biləcəyini deməyə əsas verir.

Qızılda bahalaşma davam edir

Əlvan metallar bazarlarında qızıla olan tələb son bir ildir yüksək siyasi qeyri-müəyyənliklər fonunda artıb. Çin ilə Amerikanın ticarət böhranı, Breksit dramı və Yaxın Şərqdəki geosiyasi mübarizələr investisiyaları və iqtisadi güvəni də azaldır. 

Bu vəziyyət özünü getdikcə iqtisadi fundamental göstəricilərdə də göstərməkədir və böhran risklərini artırır. 

Maliyyə bazarlarında 2020-ci ilin sonlarına kimi qızıl qiymətlərində bahalaşma proqnozlaşdırılır. Belə ki, böhran risklərinin qızıl qiymətlərində tam nəzərə alınmadığı qənaəti hökm sürməkdədir. 

Bazarlarda qızılın bir unsiya üzrə qiyməti 1531$-ın üzərində təklif edilir və yaxın günlər üçün 1537$-ın qırılması ilə 1557$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.