Qızılda bahalaşma meyilləri yaranır

20 Sentyabr 2019

FED-in faiz enişi uzunmüddətli perspektivdə qızıl qiymətlərində bahalaşmaya səbəb olacağı proqnozlaşdırılır.

Qızılda bahalaşma meyilləri yaranır

Qiymətli metallar bazarında cümə axşamı qızılın bir qədər bahalaşdığının şahidi oluruq. Ümumiyyətlə isə FED-in faiz enişinin uzunmüddətli fonda qızıl qiymətlərində bahalaşmaya səbəb olacağı ehtimal edilir. Gələcək günlərdə baş verəcək siyasi qeyri müəyyənliklər halında isə qızılın daha sürətlə bahalaşmasını müşahidə edə bilərik. Hazırda 1 unsiya qızıl 1504 dollar olaraq təklif edilir.